Yaponiya Şinzo Abenin vəfatını təsdiq etdi

Yaponiya Şinzo Abenin vəfatını təsdiq etdi

Bu gün silahlı hücuma məruz qalan Yaponiyanın keçmiş Baş naziri Şinzo Abenin dünyasını dəyişməsi təsdiq olunub.

Aktual.az xəbər verir ki, bu barədə məlumatı Yaponiyanın İctimai Televiziyası yayıb. 

Ölkənin hakim Liberal-Demokratik partiyasının nümayəndəsinin verdiyi məlumata görə, Abe Nara şəhərində hücumdan sonra çatdırıldığı xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, daha əvvəl Şinzo Abenin dünyasını dəyişməsi barədə məlumatı Böyük Britaniyanın maliyyə naziri Nadhim Zahavi açıqlamışdı.
Xəbər 814 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR