Yapon səfir Gəncədə

Yapon səfir Gəncədə

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi dünən Gəncəyə səfər edib.

Aktual.az  xəbər verir ki, səfir əvvəlcə 2015-ci ilin iyul ayında Yaponiya hökumətinin qrant yardım proqramı layihəsi çərçivəsində əsaslı şəkildə təmir olunmuş Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialında olub, burada cüdo və ağırlıq qaldırma zallarında keçirilən idman yarışlarını izləyib, qalibləri mükafatlandırıb.




Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Tsuqua Takahaşini qəbul edib. İşgüzar görüşdə icra başçısı Tsuquo Takahaşiyə sosial yönümlü layihələrin həyata keçirilməsinə dəstək verdiyi üçün təşəkkürünü bildirib. Elmar Vəliyev Yaponiyanın Azərbaycandakı səfirini “Gəncə 2016-ci il Avropa Gənclər Paytaxtı” ilə bağlı təntənəli tədbirə dəvət edib.

Görüşdə Gəncənin Şıxzamanlı qəsəbəsində uşaq bağçası binasının və tibb ocağının təmiri layihəsi ətrafında fikir mübadiləsi aparılıb.

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi gündən-günə genişlənən Azərbaycan-Yaponiya əlaqələrinin hər iki ölkə üçün böyük səmərə verdiyini diqqətə çatdırıb və bildirib ki, hər gəlişində Gəncədə böyük quruculuq işlərinin şahidi olur. Bu dəfəki səfərində isə məqsəd «Gəncə şəhər 25 saylı uşaq bağçasının təmiri» və «Gəncə şəhər 5 saylı xəstəxananın təmiri» layihələri üzrə qrant müqavilələrinin imzalanmasıdır.

Görüşün sonunda layihələr üzrə qrant sazişlərini Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi və “Gələcəyə Körpü” İctimai Birliyinin sədri Seymur Vəliyev imzalayıb.

Səfir sonda bildirib ki, 30 yanvar tarixində Gəncə şəhərində onun aşbazı tərəfindən yapon mətbəxindən ləziz təamların hazırlanması və dadına baxılmasına dair də tədbir keçiriləcək.

Daha sonra səfir proqramına şəhər turu ilə yekun vuracaq.

Xəbər 357 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR