Yanğın baş vermiş yataqda hasilat bərpa ediləcəkmi?

Yanğın baş vermiş yataqda hasilat bərpa ediləcəkmi?

Azneft" İstehsalat Birliyi "Günəşli" yatağının 10-cu özülündə baş verən yanğından sonra həmin platformada hasilatın bərpa edilib-edilməyəcəyi məsələsinə aydınlıq gətirib.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov deyib ki, artıq dünəndən bu istiqamətdə işlərin aparılmasına hazırlıq paralel şəkildə aparılır:

"Bir yerdə yanğının baş verməsi o boyda platformanın itirilməsi demək deyil. Sadəcə olaraq, biz yanğını söndürən kimi ilk əvvəl yararsız hala düşmüş avadanlıqların demontajı, ondan sonra onların montajı baş verəcək".

B.Ağarəhimov sosial şəbəkələrdə SOCAR-ın qurumlarından birinin dekabrın 5-də bayram şənliyi keçirməsi ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib.

Onun sözlərinə görə, belə bir hadisənin baş verməsi mümkün deyil.

Xəbər 474 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR