Yanacaqdoldurma məntəqəsində "ZİL" partladı - DİN

Yanacaqdoldurma məntəqəsində

Daxili İşlər Nazirliyi Ağcabədi rayonunda yanacaqdoldurma məntəqəsində baş verən partlayışla bağlı məlumat yayıb.

Nazirlikdən Aktual.az-a verilən məlumata görə, oktyabrın 30-da saat 19 radələrində Ağcabədi rayonunun Boyat kəndi ərazisindəki "Maye qaz" yanacaqdoldurma məntəqəsinin çəninə Şirvan şəhər sakini Gülhüseyn Nəsirov "ZİL-130" markalı avtomobilindən maye qaz boşaldarkən partlayış baş verib.
Nəticədə avtomobilin yanar konstruksiyaları yanıb, habelə məntəqənin yardımçı otağı və yaxınlıqdakı çardaq dağılıb. G.Nəsirov, N.Cəfərov və onun qardaşı Həsən müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Nahid Cəfərov orada ölüb, digərlərinin vəziyyətləri qənaətbəxşdir. Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 472 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR