Yanacaqdoldurma məntəqəsində insident: polis xəsarət aldı

Yanacaqdoldurma məntəqəsində insident:   polis xəsarət aldı

Bakıda yanacaqdoldurma məntəqəsində insident olub.

Aktual.az APA-ya istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən “ABU” yanacaqdoldurma məntəqəsində qeydə alınıb. Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Mahir Məmmədov yanacaqdoldurma məntəqəsində insident yaradıb. Bu zaman yanacaqdoldurma məntəqəsində xidmət aparan, polis əməkdaşı Fikrət Ağayev onu intizama dəvət edib. M. Məmmədov polis əməkdaşına zor tətbiq edərək xəsarət yetirib. F. Ağayev Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib.

Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 

 
Xəbər 562 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR