Yalçın İmanov Vəkillər Kollegiyası üzvlüyündən çıxarıldı

Yalçın İmanov Vəkillər Kollegiyası üzvlüyündən çıxarıldı

Bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında vəkil Yalçın İmanovun kollegiya üzvlüyündən xaric edilməsi ilə bağlı qərar qəbul edilib.

Aktual.az-ın APA-ya istinadən xəbərinə görə, Rəyasət Heyətinin bununla bağlı məhkəməyə müraciət etməsi qərara alınıb.
 
Vəkil məhkəməyədək heç bir işə çıxa bilməz.
 
Qeyd edək ki, Penitensiar Xidmətin rəis müavini Oqtay Məmmədov bu il avqustun 10-da vəkil Yalçın İmanov haqqında Vəkillər Kollegiyasına şikayət edib.
Şikayətə əsas kimi Yalçın İmanovun Qobustan həbsxanasında Nardaran hadisələri ilə bağlı məhkum olunmuş Abbas Hüseynovun təzyiqlərə məruz qalması barədə açıqlamaları göstərilib.Penitensiar Xidmət bu məlumatları təkzib edib.
 
Aktual.az
Xəbər 47 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR