Yağış və qar yağacaq, bəzi yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Yağış və qar yağacaq, bəzi yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Aktual.az-a verilən məlumata görə, noyabrın 24-də Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeronda gecə 6-8° isti, gündüz 9-12° isti olacağı gözlənilir. Bakıda gecə 6-8° isti, gündüz 10-12° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.
ETSN xəbərdarlıq edir ki, noyabrın 24-25-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.
ETSN xəbərdarlıq edir ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti noyabrın 25-i gündüzədək davam edəcək. Arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 
 
Aktual.az
Xəbər 131 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR