Yadplanetlilərlə bağlı İNANILMAZ TAPINTI... - FOTO

Yadplanetlilərlə bağlı İNANILMAZ TAPINTI... - FOTO

Kerç yarımadası - Krım yarımadasının şərq hissəsi - şimalda Azov dənizi, şərqdə Kerç boğazı, cənubda Qara dənizlə əhatələnir.

Kerç yarımadasında, Yakovenkovo qəsəbəsində, Qız-Aul antik nekropolunda Arxeologiya fondunun işçiləri maraqlı tapıntılar aşkar ediblər.
Aktual.az bildirir ki, üç həftə ərzində görülən işin nəticəsi olaraq, eramızın 2-ci əsrinə aid məzarlıq tapılıb. Tapıntının unikallığı ondadır ki, barbar ənənələrilə dəfn olunan körpələrin kəllə sümüyünün forması normal insan kəllə sümüyündən tamamilə fərqlənir.

Arxeologiya fondunun direktoru Oleq Markov qeyd edir ki, məzarlıq o qədər qəribədir ki, ekspedisiya iştirakçıları onu dərhal "yadplanetlinin qəbri" adlandırıb. Skeletin yanında qəribə materialdan ibarət şüşəyəbənzər qab, xırda muncuq və sağ ələ taxılmış mislə qatışığı olan əcaib qolbağ var. Qəbir sadəcə torpaqdan ibarətdir, yəni basdırılarkən daş piltələrdən istifadə olunmayıb. Skeletdən o da bəlli olur ki, meyit üzü şərqə tərəf qoyulub.

Antropoloqun fikrincə, bu tapıntı insandırsa, o zaman oğlan uşağıdır və ölüm anında onun uzağı 1.5 yaşı vardı. Ola bilsin ki, kəllə sümüyünün uzunsovluğu, qəribəliyinin səbəbi odur ki, o, doğulandan dərhal sonra deformasiyaya məruz qalıb. "Yadplanetli" aşkarlanan bu məzarlıqda eramızdan əvvəl I əsrdən eramızın III əsrinə qədər olan qəbirlərə rast gəlinir.

Mütəxəssislərin fikrincə, kəllə sümüyünün deformasiyası, çox güman ki, onun hansısa bir qrupa mənsub olduğunu da istisna etmir. Əlbəttə, bu cür kəllə sümükləri "yadplanetlilərlə kontakt" tərəfdarları üçün təkzibedilməz sübutdur. Onlar zaman-zaman öz nəzəriyyələrini isbat etməyə çalışırlar ki, qədim insanlar gəlmələrlə təmas edib. İndi bu cür tapıntılar onlar üçün göydəndüşmə fürsət hesab olunur.

Yeri gəlmişkən, bəzi tədqiqatçıların fikrincə, kəllə formasının bu cür deformasiyası insan xarakterinin dəyişməsinə də səbəb olur, məsələn, aqressivliyi yüksəldir. (publika.az)


Xəbər 129 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR