Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar üzrə plan yerləri 100% dolub

Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar üzrə plan yerləri 100% dolub

Dövlət İmtahan Mərkəzi tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələrini avqustun 21-də elan edib.

Mərkəzdən verilən məlumata görə, 2017/2018-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrində ayrılmış plan yerləri 8004 olub. Müsabiqənin nəticələrinə əsasən 7806 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Qəbul planı ümumilikdə 97.51% yerinə yetirilib. Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar üzrə plan yerləri 100% dolub və boş yer qalmayıb. Yalnız xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 199 yer (2.49%) boş qalıb. Tələbə qəbulu aparılan 54 orta ixtisas təhsili müəssisəsinin 42-də qəbul planı 100% yerinə yetirilib.

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri ilə buradan daha ətraflı tanış ola bilərsiniz.

 
Aktual.az
Xəbər 288 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR