Xoşqədəm əkizləri haqda: "Doğulduğu gündən..."

Xoşqədəm əkizləri haqda:

Əkizlərim xəstələnib, bütün günü əsəbi olmuşam. Allah balalarımızı qorusun, onlar xəstələnməsin.

Aktual.az  axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı deyib.

Türkiyəli müğənni Doğuşla ailəli olan, ötən il əkiz oğulları dünyaya gələn aparıcı bildirib ki, övladlarına görə narahatdır:

"İşçilər, məni sevən hər kəs zəng vurub maraqlanıblar. Şəfiqə xanım isə məni heç tək buraxmadı. Dostluq budur, yoxsa işin düşəndə telefonu əlinə alanlar yox. O qədər Allaha yalvardım ki, uşaqların ağrısı mənə gəlsin, özüm xəstələndim. Mən xəstələnməyə razıyam, təki uşaqlar sağlam olsun.
Arda və Arına görə mənə yuxu yoxdur. Övladlarınızı qoruyun, xəstələnməsinlər. Arının göz yaşlarına heç dayana bilmirəm. O, Ardadan zəifdir, doğulduğu ilk gündən həyatda qalmaq üçün mübarizə aparır. Onun məsum gözlərinə baxanda, elə bilirəm qəlbim dayanacaq".
 
Aktual.az
Xəbər 425 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR