Xorvatiyanın sabiq prezidenti Füzulidəki hadisə ilə bağlı İlham Əliyevə məktub yolladı

Xorvatiyanın sabiq prezidenti Füzulidəki hadisə ilə bağlı  İlham Əliyevə məktub yolladı

2000-2010-cu illərdə Xorvatiyanın prezidenti vəzifəsini icra edən, hazırda Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri olan Stepan Mesiç Azərbaycan prezidenti İlham Əliyevə məktub yollayıb.

Aktual.az Azərtac-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

İcazə verin, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində hərbi vəziyyətin kəşkinləşməsi ilə bağlı dərin narahatlığımı ifadə edim.

Münaqişə zonasında mülki şəxslərin – iki yaşlı Zəhranın və onun nənəsinin həlak olması xəbəri ilə bağlı Sizə dərin hüznlə başsağlığı verirəm.

Tezliklə atəşkəs rejiminin bərpa olunmasına, həlli uzanmış bu münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı çərçivəsində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin qeyd-şərtsiz yerinə yetirilməsinə uyğun olaraq həllinə ümid edirəm."
 
Aktual.az
Xəbər 293 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR