Xoruz həbsxanaya salındı

Xoruz həbsxanaya salındı

Hondurasda Truxilyo şəhərinin iki sakini arasında mübahisəyə səbəb olan xoruz həbsxana kamerasına salınıb.

Münaqişə kişi öz həyətində qonşusunun quşunu görəndən sonra başlayıb.
Xoruzun onun bağçasındakı ağaca çıxıb banlayaraq səs salması xoşuna gəlməyib.
Onun iradları xoruzun sahibini hövsələdən çıxarıb və kişilər bir-birini söyməyə başlayıblar. Kişilərdən biri o birisini öldürməklə hədələyəndə, qoinşular polis çağırıb.
Qanun keşikçiləri mübahisə tərəflərini həbs etməyiblər, əvəzində xoruzu tutub həbsxanaya aparıblar. (modern.az)
 
Aktual.az
Xəbər 830 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR