Xocalıya hücum 1989-cu ildə planlaşdırılmışdı

Xocalıya hücum 1989-cu ildə planlaşdırılmışdı

Xocalıya hücum 1989-cu ildə Ermənistandakı rus hərbi bazasında planlaşdırılmışdı.

Keçən əsrin əvvəllərində Zəngəzur qəzasının Ermənistana verilməsindən sonra Dağlıq Qarabağın da ermənilərin nəzarətinə verilməsi Rusiyanın gizli planlarına daxil idi.

1918 – 1920-ci illərdə AXC Hökumətinin müqaviməti və Rusiyada baş verən bolşevik inqilabının törətdiyi iqtisadi böhran, bu prosesi düz 70 il ləngitdi. SSRİ adlı Sovet İmperiyasının diz çökməsinin yaratdığı xaos rusların arxivlərdə tozbasmış bu planının gerçəkləşdirməsini reallaşdırırdı.


Keçən əsrin 90-cı illərində artan xarici təziqlərin yaratdığı gərginlik və həyacanın şokundan heç cürə ayıla bilməyən ölkə vətəndaşları, "böyük qardaş” adlandırdıqları rusların Azərbaycan xalqına qarşı məkirli planlarının icrasından hələ xəbərləri yox idi. O vaxt azərbaycanlıların qəlbində mərkəzi hökumətə inam hələ tamam üzülməmişdi…

Lakin, 90-cı illərdə Azərbaycan belə bir çətin psixoloji durumdaykən Qarabağın Ermənistana birləşdirilməsi haqqında ermənilərlə rusların gizli sövdələşmələri baş tutmuşdu. Ruslar Azərbaycan ərazilərinin hissə - hissə Ermənistanın nəzarətinə verilməsinin təraftarı idi.

Rusların vasitəsi ilə yeni ərazilər əldə edəcəklərindən vəcdə gələn ermənilər, Dağlıq Qarabağı seperatizm və terror yuvasına çevirmişdilər. Bir çox şərq ölkələrindən dəvət olunan dünyanın ən qatı başkəsənləri və cinayətkarları burada sərbəst fəaliyyət göstərirdilər. Onlar meşələrdə məskunlaşaraq, yollarda, cığırlarda pusqular quraraq sadə vətəndaşları qətlə yetirir, gecələr azərbaycanlıların yaşayış məntəqələrinə hücumlar təşkil edirdilər.

Qarabağlıların həyatına təhlükələr anba-an çoxalırdı. Burada yaşayan azərbaycanlılar bir kənddən digərinə getməyə çətinlik çəkirdilər. Azərbaycanlıların həyatlarına sui-qəsdlər çoxalmışdı. Kəndlərin ətraflarında, yollarda azərbaycanlıların öldürülməsi hadisələri haqqında məlumatlar demək olar ki hər gün ildırım sürəti ilə bölgəyə yayılırdı. Bir kənddən digərinə gedən hər kəs hökmən təhlükə ilə qarşılaşırdı. Hər bir Qarabaağlı yalnız onları yaxalayacaq qəfil ölümdən necə yaxa qurtarmaq barədə fikirləşirdilər.

Qarabağda vəziyyət tamamilə nəzarətdən çıxmışdı. İnsanlar daim qorxu içərisində yaşayırdılar. Ermənilər rusların dəstəyi ilə Qarabağı Azərbaycandan qoparmaq üçün müharibəyə hazırlaşır Xankəndinə silah – sursat tədarükü görürdülər.

Rusiya Ermənistan Hökumət rəhbərlərinin əli ilə Qarabağ cəbhəsindəki öz hərbi birləşmələrini və separatçı dəstələri və terror qruplarını silah-sursatla müntəzəm olaraq təmin etməyə çalışırdı. Ermənistan Hökumətinin rəhbərləri Qarabağın azərbaycanlılardan təmizlənməsi barədə təcili tədbirlər həyata keçirməyi planlaşdırsada silahların İrəvandan Xankəndinə daşınmasında ciddi ləngimələr qeydə alınırdı.

Ermənistandakı rus bazalarından Qarabağa silah-sursat daşınmasını həyata keçirmək üçün Qarabağla Ermənistan arasında yeganə quru yol olan Laçın Koridoruna nəzarət laçınlıların əlində idi. Bu yoldan mülki maşınların keçməsinə icazə verilsədə silah – sursatın daşınması bu ərazidə qarşıdurma yarada bilərdi. Çünki Onlar İrəvandan Xankəndinə gedən bütün hərbi maşınların hərəkətinə və hərbi yüklərin daşınmasına məhdudiyyət qoymuşdular.

Ermənistan hökuməti İrəvandan Xankəndinə silah daşınması problemini aradan qaldırmaq üçün Helikokterlərdən istifadə etsələrdə, helikokterlərin yük tutumu az olduğundan daşımalarin nəticələri rus hərbçiləri üçün qaneedici deyildi.

Artıq İrəvan – Xocalı marşurutu ilə yük təyyarələrinin hərəkətinə zərurət yaranmışdı. Xocalı hava limanı isə azərbaycanlı hərbçilərin nəzarətində idi və bu liman ciddi şəkildə mühafizə olunurdu. Vəziyyətin çətinliyini tam dəqiqliyinə kimi qiymətləndirən rus kəşfiyyatı və Ermənistan Rəhbərliyi ilk olaraq Xocalı şəhərini işğal etməyi hədəf götürmüşdülər.

 Qarabağın taleyi Xocalıdan asılı idi

Xocalı, Qarabağda yalnız hərbi strateji mövqeyinə görə deyil, həm də tarixi əhəmiyyətinə görə Azərbaycanın Mədəni həyatında mühüm yer tuturdu. Xocalı – Gədəbəy Mədəniyyətinin tunc dövrünə aid olan məişət nümunələri nəinki ölkəmizdə və həm də ölkəmizdən xaricdə belə əhəmiyyəti çox yüksək qiymətləndirilirdi. Xocalının işğal edilməsi Mədəniyyət Tariximizə çox ciddi zərbə olmaqla yanaşı, eyni zamanda bütünlüklə Qarabağın itirilməsinə situmul yaradırdı. Bunu Ermənistan tərəfi çox gözəl anlayırdı…

Apardığım tədqiqatlar nəticəsində mənə məlum oldu ki, Xocalının işğal edilməsi ilə bağlı hələ 1989-cu ildən hazırlıq getdiyi barədə rusyanın kəşfiyyat məlumatları var imiş.

Xocalı şəhərinin işğalında iştirak etmiş rus zabiti Vladimir Voronovun İrəvan şəhərində çap olunan "Şuşi” jurnalına 08.02.2006-cı ildə verdiyi müsahibədə bidirir ki, "Ermənistan Dağlıq Qarabağın hava dəhlizinə nəzarəti ələ keçirmək üçün Xocalı üzərinə hücumu hələ 1989-cu ildən planlaşdırılırdı”.

V.Voronovun məlumatından belə məlum olur ki, rus kəşfiyyat xidməti orqanları Xocalının işğalının planlaşdırılması və hücuma hazırlığın aparılması üçün Vladimir Voronovu hələ 1989-cu ildə xüsusi tapşırıqla İrəvana ezam edib.

Vladimir Voronov böyük titullu və etibarlı bacarıqlı rus zabiti olub. O, SSRİ-nın quru qoşunlarının 12-ci briqadasının tərkibində Əfqanıstanda böyük döyüş yolu keçmişdi. Eyni zamanda Ərəb ölkələrində hərbi təcrübə qazanan və Rusiyanın Afrika ölkələrindəki xilasedici taborlarında xilasedici kimi fəaliyyət göstərmişdi.

V.Voronov İrəvana gəldikdən dərhal sonra, Ermənistan Müdafiə Nazirliyinin tapşırığı ilə 1989-cu ilin dekabrında, Xocalı üzərinə hücuma hazırlıq üçün Sovet ordusunun xüsusi təyinatlı briqadalarında xidmət keçmiş könüllülərdən və xüsusi təyinatlı döyüşçülərdən ibarət tabor yaratmağa başladı. Hazırlıq dövrü, Ermənistanda fəaliyyət göstərən "Erkrapah-ım” (Torpaq mühafizəçiləri) adlı terror təşkilatının üzvləri Baqdasar Gevorkyan, Vano Siraderyan və Samvel Şarinyan rus zabiti Vladimir Voronovla danışıqlar apararaq, onları da Xocalıda döyüşmək üçün bu taborun tərkibində təlim keçməyə qatılmalarına razı saldılar. 

Vladimir Voronov taborun təlimlərinin bir çoxunu Ermənistandan azərbaycanlıların qovulması prosesində iştirak edir, insanların öldürülməsi, qovularaq təqib edilməsi, tutularaq işgəncə verilməsi zamanı soyuqqanlılıq və qəddarlıq nümayiş etdirilməsi işlərini həyata keçirməklə əyani şəkildə təcrübə toplayır, eyni zamanda Ermənistandan azərbaycanlıların qovulması prosesini sürətləndirirdilər. 

Rusiyanın hərbi mütəxəsisləri İrəvanda Xocalı üzərinə hücum planlarına çox ciddi şəkildə hazırlayırdılar. Xocalı Qarabağın elə bir strateji cəhətdən əhəmiyyətli ərazisində yerləşirdi ki, bu məntəqəyə yiyələnməklə bütün Qarabağa nəzarət etmək mümkün idi. Bölgənin yeganə hava limanının bu şəhərdə olması onun qiymətini bir qədər də artırırdı. Xocalını əldə etməklə ermənilər birbaşa Qarabağın Ermənistanla hava koridoruna nəzarəti təmin edirdilər. Bu isə Qarabağın tamamilə işğal edilməsinə şərait yaradırdı.

Faiq İsmayılov, AMEA İnsan Hüquqları İnstitutunun əməkdaşı









Xəbər 1354 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR