Xocahəsən-Lökbatan avtomobil yolu təmir olunur – FOTO

Xocahəsən-Lökbatan avtomobil yolu təmir olunur – FOTO

Xocahəsən - Lökbatan avtomobil yolunun 9-13 km-lik hissəsində cari təmir-bərpa işləri görülür.

"Azəravtoyol” ASC-nin mətbuat katibliyindən Aktual.az-a  verilən məlumata görə, təmir işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün qabarmış və dağılmış hissələri frez maşınları vasitəsilə qaşınaraq kənara daşınır.

Ümumilikdə təmizlənmiş hissələrə 10 min kvadratmetr yeni asfalt-beton örtüyü döşənəcək.

Təmir-bərpa işləri tərtib olunmuş qrafikə uyğun aparılır və bir neçə gün ərzində yekunlaşdırılması planlaşdırılır. Buna görə sözügedən yolda sıxlığın yaranmaması üçün sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçmələri tövsiyə olunur.




Xəbər 435 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR