Xızıda partlamamış hərbi sursat aşkarlandı

Xızıda partlamamış hərbi sursat aşkarlandı

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.
ANAMA-dan  daxil olan məlumata əsasən, oktyabrın 15-də yerli sakin tərəfindən daxil olmuş zəngə əsasən Giləzi qəsəbəsi ərazisində 1 ferma ərazisinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilmiş, 137 ədəd partlamamış hərbi sursat (PHS), 49 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 400 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 195 000 kv.m (19.50 ha) ərazi yoxlanılmışdır.
Ümumiyyətlə, 44 gün ərzində 12 415 ədəd partlamamış hərbi sursat (PHS), 5 158 ədəd partlamış-yanmış sursat qalıqları və 37 870 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 46 672 328 kv.m (4 667 ha) ərazi yoxlanılıb.
 
Aktual.az
Xəbər 197 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR