Xırdalanda və Hökməlidə işıq olmayacaq

Xırdalanda və Hökməlidə işıq olmayacaq

Yaranmış narahatçılığa görə "Azərişıq” ASC abonentlərindən üzr istəyir

Yanvarın 12-də Xırdalan Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisi olan Hökməli qəsəbəsini elektrik enerjisi ilə təchiz edən 10 kv-luq "Hökməli” hava elektrik verilişi xəttində, Xırdalan şəhərinin bir hissəsini elektrik enerjisi ilə təchiz edən 6 kv-luq "BQF” hava elektrik verilişi xəttində və 6 kv-luq "Saray №2” hava elektrik verilişi xəttində yenidənqurma işləri aparılacaq.
 
"Azərişıq” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, adıçəkilən ərazilərin elektrik enerjisi təchizatında bu gün saat 12.00-dan 15.00-a qədər qısamüddətli fasilələr yaranacaq. 
 
Yaranmış narahatçılığa görə "Azərişıq” ASC abonentlərindən üzr istəyir.
 
Aktual.az
Xəbər 304 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR