XİN: Rusiyada təyyarə qəzasında ölən şəxs Azərbaycan vətəndaşıdır

XİN: Rusiyada təyyarə qəzasında ölən şəxs Azərbaycan vətəndaşıdır

 "Xarici İşlər, Fövqəladə Hallar və Daxili İşlər Nazirlikləri əlaqələndirilmiş şəkildə Saratov hava yollarına məxsus Moskva-Orsk reysi ilə uçuş həyata keçirən təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlar arasında Azərbaycan Respublikası vətəndaşının olması ilə bağlı məsələni araşdırıb".

Bunu "Report"a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. 
"Təyyarə qəzasında həlak olduğu bildirilən 5 may 1971-ci il təvəllüdlü, Yevlax rayon sakini Qəhrəmanov Namiq İnayət oğlu Azərbaycan Respublikasının vətəndaşıdır.
Məsələ ilə əlaqədar Azərbaycanın Rusiyadakı səfirliyi və aidiyyəti dövlət qurumları Rusiyanın müvafiq dövlət təşkilatları ilə təmasdadırlar", deyə XİN rəsmisi vurğulayıb.   
Xəbər 271 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR