XİN başçısı: "Azərbaycan Əfqanıstana dəstək verməyə davam edəcək"

XİN başçısı:

 "Asiyanın qəlbi" - İstanbul prosesi Əfqanıstandakı sülhə, sabitliyə və tərəqqiyə nail olmağa yardım edən platforma kimi səmərəliliyini sübut edib".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda "Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində "Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda 7-ci nazirlər konfransının açılış mərasimində deyib.
"Əfqanıstanın gələcəkdə region üçün çox şey təklif edəcəyinə inanırıq. Bu gün sülhməramlılarımız Əfqanıstandadır. Azərbaycan tranzit dəhlizi olmaqla, Əfqanıstanın bölgə ilə əlaqələrini dəstəkləyir", - E.Məmmədyarov bildirib.
O vurğulayıb ki, Azərbaycan bütün sahələrdə Əfqanıstana dəstək göstərməyə davam edəcək.
Azərbaycan XİN başçısı Bakı Bəyannaməsində Əfqanıstan ilə bağlı vahid mövqe əks etdiriləcəyinə ümidvar olduğunu söyləyib.
 
Aktual.az
Xəbər 276 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR