Xəzəryanı ölkələrin XİN başçılarının iclası başladı – Moskvada

 Xəzəryanı ölkələrin XİN başçılarının iclası başladı – Moskvada

Rusiya paytaxtı Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin yeddinci iclası başlayıb.

"Report”un Rusiya bürosu xəbər verir ki, toplantıda Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan XİN başçıları iştirak edirlər. 
İclasda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir.  
Beş ölkənin xarici işlər nazirləri görüşdə ən aktual regional və beynəlxalq problemlər barədə fikir mübadiləsi aparacaq. 
İclasda Qazaxıstanda keçiriləcək V Xəzər sammitinə hazırlıq məsələsi geniş müzakirə olunacaq. 
 
Aktual.az
Xəbər 282 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR