"Xəzərin hüquqi statusu üzrə Konvensiya hazırdır" – Sergey Lavrov


"Xəzərin hüquqi statusu üzrə Konvensiyanın mətni hazırdır".

Aktual.az-ın "Report"a istinadən  məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin 7-ci iclasının yekununda keçirilən mətbuat konfransı zamanı bildirib.
"Xəzər dənizi üzrə mövcud gündəm məsələlərini hərtərəfli müzakirə etdik. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsi üzərində işə xüsusi diqqət ayırdıq. Böyük məmnuniyyətlə elan edirəm ki, bu sənədin hazırlanması ilə bağlı açıq qalan bütün əsas məsələlər üzrə məqbul həll yolları tapdıq. Faktiki olaraq sənədin mətni hazırdır", - S.Lavrov deyib.
Rusiya XİN başçısı sənədin gələn il Qazaxıstanda keçiriləcək V Xəzər sammitində imzalanmasının planlaşdırıldığını qeyd edib: "Bunun gələn ilin birinci yarısında edilə biləcəyinə ümidvarıq. Amma sammitin keçirilmə tarixi ilə bağlı son qərarı Qazaxıstan rəhbərliyi verəcək".
 
Aktual.az
Xəbər 336 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR