Xəzərdə QASIRĞA TƏHLÜKƏSİ: SOCAR işçilərin təxliyəsinə başladı

Xəzərdə QASIRĞA TƏHLÜKƏSİ: SOCAR işçilərin təxliyəsinə başladı

Martın 31-də təhlükəli hesab olunan işlər dayandırılacaq

Martın 31-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin xəbərdarlığından sonra Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dənizdəki obyektlərində bütün zəruri tədbirlər görülüb, müvafiq təlimatlar verilib.

Aktual.az  xəbər verir ki, bunu "Report"a SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib.

O qeyd edib ki, dənizdəki obyektlərlə əlaqə saxlanılıb, lazımi tapşırıqlar verilib: "Martın 31-də təhlükəli hesab olunan işlər dayandırılacaq. Tikinti, təmir, qazma və xidmət sahələrində işlər aparılmayacaq. Artıq bu sahələrdə çalışan əməkdaşların özüllərdən çıxarılmasına başlanılıb. Yalnız quyulara nəzarət işləri həyata keçiriləcək. Platformalarda əlavə personal olmayacaq”, - deyə SOCAR-ın mətbuat xidmətinin rəhbəri əlavə edib. 

 
Aktual.az
Xəbər 299 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR