Xətai rayonunda sevgilisini bıçaqlayan qadının məhkəməsi başlayıb - EKSKLÜZİV FOTO

Xətai rayonunda sevgilisini bıçaqlayan qadının məhkəməsi başlayıb - EKSKLÜZİV FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Samirə Sadıqovanın CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair hazırlıq iclası keçirilib. 

Aktual.az xəbər verir ki, ötən il noyabrın 17-də Bakı ş. sakini Ramiz Allahverdiyev kəsilmiş-dəşilmiş xəsarətlə 3 saylı kliniki xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Araşdırmaya başlayan Xətai RPİ 35-ci polis bölməsi əməkdaşları müəyyən ediblər ki, zərərçəkəni şəxsi münasibətləri aydınlaşdırılması zəmnində yaxın münasibətdə olan Samirə Sadıqova bıçaqlayıb. Qadın saxlanılıb və istintaqa təqdim edilib.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

İş üzrə baxış aprelin 12-nə təyin edilib.


Xəbər 521 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR