Xərçəngin diaqnozlaşdırılması üçün qeyri-adi üsul kəşf edildi

Xərçəngin diaqnozlaşdırılması üçün qeyri-adi üsul kəşf edildi

Dyuk və Nanyan universitetlərinin və Massaçusets Texnologiya İnstitutunun alimlər qrupu xərçəngin diaqnostikası üçün yeni metod kəşf edib. Belə ki, mütəxəssislər səs dalğaları vasitəsilə xəstəliyə yoluxmuş hüceyrələri aşkarlamaq niyyətindədirlər.

AZƏRTAC "M24” resursuna istinadən bildirir ki, xəstə hüceyrələr sağlamlardan daha böyük olur. Xüsusi tezlikli səs dalğaları onları aşkarlayır və növbəti analiz üçün müəyyən nöqtədə toplayır.
Alimlərin sözlərinə görə, hazırda xərçəngin diaqnostikası üçün əsas metod biopsiya olaraq qalır. Lakin biopsiya səsli diaqnostika ilə müqayisədə daha ağrılı və az effektivdir.

Bildirilir ki, xüsusi tezliyə malik səs dalğaları qan damarlarından keçir, dövr edən yoluxmuş hüceyrələrdən uzaqlaşır və geri dönürlər. Bu zaman xəstə cihazlara qoşulu vəziyyətdə olur.

Aktual.az
Xəbər 393 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR