Xərçəngdən dünyasını dəyişən aktrisamızın doğum günüdür

Xərçəngdən dünyasını dəyişən aktrisamızın doğum günüdür


Bu gün əməkdar artist, mərhum aktrisa Xanım Qafarovanın doğum günüdür.

Aktual.az Publika.az-a istinadən xəbər verir ki, Xanım Qafarova 1967-ci ildə anadan olub. Bir müddət xalq artisti Lütfi Məmmədbəyovun xalq teatrında çalışıb. 1987-ci ildə İncəsənət İnstitutunun Musiqili Komediya fakültəsinə daxil olub. Hələ ikinci kursda oxuyarkən "Tənqid-Təbliğ" teatrında işləməyə başlayıb. Bu teatr Xanım Qafarovanın yaradıcılıq həyatında xüsusilə böyük əhəmiyyət kəsb edib, ona sənətin sirlərini daha dərindən öyrədərək, gənc aktrisanı mürəkkəb xarakterli obrazların yaradıcısı kimi püxtələşdirib.

1996-cı ildə Xanım Qafarova Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət alıb. Geniş yaradıcılıq imkanları, məhsuldar işgüzarlıq mühiti olan bu sənət ocağında istedadlı aktrisa "O olmasın bu olsun"da Gülnaz, "On min dollarlıq keyf"də Bağdagül, "Nəğməli könül"də Könül, "Hərənin öz ulduzu"nda Məleykə, "Səhnədə məhəbbət"də Röya, "Bankir adaxlı"da Məleykə, "Məhəbbət oyunu"nda Qəmər rolu ilə özünə minlərlə pərəstişkar qazanıb.

Aktrisa 2014-cü ildə xərçəng xəstəliyindən dünyasını dəyişib.

Xəbər 810 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR