Ömrü yarıda qoymayaq: xərçəngdən qorunma yolları

Ömrü yarıda qoymayaq: xərçəngdən qorunma yolları

Son illər Azərbaycanda xərçəngdən əziyyət çəkən xəstələrin sayı sürətlə artır. Hər üç ailədən birini öz "təsir zolağı"na alan bu ağır bəla ilə bağlı gələcək proqnozlar daha dəhşətlidir. Dünya alimlərinin hesablamalarına görə, qarşıdakı illərdə xərçəng xəstəliyindən dünyasını dəyişən insanların sayı rekord həddə çatacaq.
 
Bəs görəsən necə edə bilərik ki, insan ömrünü yarımçıq qoyan bədxassəli şişlərin "qurbanına" çevrilməyək?
 
Fransa təhsilli uzman, uroloq-androloq Araz Bayramovun sözlərinə görə, xərçəng xəstəliyinin yaranma səbəbi bu günədək tibb elminə məlum olmasa da, müəyyən protokollar var:
 
"Xərçəng xəstəliyi - hüceyrələrdə DNT-nin zədələnməsi nəticəsində hüceyrələrin idarəsiz və ya anormal şəkildə böyüməsi və çoxalmasıdır. 100 müxtəlif xərçəng növü var və onların hər biri hüceyrənin növünə uyğun olaraq təsnif edilir. Zədələnmiş hüceyrələr nəzarətsiz şəkildə bölünərək tümör adlanan toxuma kütləsi, yaxud şiş yaratdıqda, xərçəng yaranır. Şişlər həzm, sinir və qan dövranı sistemində inkişaf edə bilir. Onların fəaliyyətinə müdaxilə edərək, bədən fəaliyyətini dəyişdirən hormonlar ifraz edir".
 
Müsahibimiz bildirir ki, xərçəng xəstəliyindən qorunmaq istəyən insanlar vaxtaşırı müayinə olunmalı, hazırda özündə olan digər xəstəliklərin inkişafının qarşısını almalıdırlar:
 
"Əksər xərçəng növləri heç bir ağrı, şikayət olmadan inkişaf edir. Yalnız o zaman müəyyən əlamətlərlə ortaya çıxır ki, xərçəng inkişaf etmiş mərhələdə olsun. Bu vəziyyətdə həkimə müraciət isə bir çox hallarda nəticəsiz qalır. Düzdür, biz həkimlər son ana qədər xəstələri ölüm riskindən qorumağa çalışırıq. Ancaq belə vəziyyət biz həkimlərin işini çətinləşdirir. Bu gün hər üç adamdan birində polip aşkar olunur. Bədənin müxtəlif yerlərində ortaya çıxan poliplər xərçəngə zəmin yaradır.  Xəstələr vaxtaşırı kompleks müayinədən keçməli, onlarda şiş və ya polip olub-olmadığını araşdırmalıdırlar. Əgər polip aşkar olunarsa, təcili olaraq xaric olunmalıdır. Eyni zamanda xəstələr onlarda inkişaf edən xəstəlikləri vaxtında müalicə etməlidirlər. Misal üçün bu günə qədər tibb elminə məlum deyil ki, böyrək daşları, prostat adenoması böyrək və prostat xərçəngi yaradır, yoxsa yox? Amma müəyyən ehtimallar var. Digər xəstəliklər, misal üçün mədə xorası, yoğun bağırsaq koliti haqqında da bu sözləri demək olar".
 
Xatırladaq ki, Dr. Araz Bayramov Fransada təhsil alıb. Fransanın Eduard Heriot adına Mərkəzi Xəstəxanasında uroloq-cərrah işləyib. Həmin xəstəxanada tətbiq edilən böyrək köçürülməsi əməliyyatlarında iştirak edib. Azərbaycanda ilk dəfə Laparoskopik Uroloji və Cənubi Qafqazda ilk dəfə Laparoskopik Partial Nefrektomiya Unikal əməliyyatlarını həyata keçirib. Azərbaycan Avropa Tibb Assosiasiyasının sədri və Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvüdür.
 
Dr. Araz Bayramovla görüş götürmək üçün: (055) 255-55-45
 



Xəbər 24414 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR