Xələf Xələfov: “Avropa İttifaqı münaqişə ilə bağlı qətiyyətli mövqe ortaya qoymalıdır”

Xələf Xələfov: “Avropa İttifaqı münaqişə ilə bağlı qətiyyətli mövqe ortaya qoymalıdır”

Ermənistan "Şərq tərəfdaşlığı” proqramının üzvüdür. Amma bu ölkə Azərbaycan ərazilərini işğal edib. Onlar Azərbaycanın tarixi abidlərini dağıdıblar. Təcavüzkar ölkə işğal olunan torpaqları öz ərazisi kimi təqdim edir. Avropa İttifaqı bununla bağlı qətiyyətli mövqe ortaya qoymalıdır”.
Azərbaycan Xarici İşlər Nazirinin müavini Xələf Xələfov Bakıda Azərbaycan parlamentinin, Avronest Parlament Assambleyasının (Avropa İttifaqının "Şərq tərəfdaşlığı” proqramının məşvərət qurumu) və BMT-nin Azərbaycan Nümayəndələyinin təşkilatçılığı ilə "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyi və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı ölkələri parlamentlərtinin cəlb edilməsi” mövzusunda keçirilən konfransda deyib.
Nazir müavini qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli regionda sülhə, iqtisadi tərəqqiyə təkan verəcək: "Azərbaycan sülhün tərəfdarıdır. Enerji təhlükəsizliyi ilə bağlı Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir”.
X.Xələfov qeyd edib ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınan torpaqlarının 20 faizini işğal edib, bu da çox ağır nəticələr verib: "Ermənilər məscidləri, qəbiristanlıqları dağıdır. Demoqrafik vəziyyəti dəyişdirməyə çalışır. Status-kvonun saxlanılmasına cəhd edir. Xaricdə yaşayan ermənilər Ermənistanın bu çirkin əməllərinə uymamalıdırlar”. (report)
 
Aktual.az
Xəbər 27 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR