Xarici muzdular da Ermənistan ordusundan qaçır - Sarkisyan təlaşda

Xarici muzdular da Ermənistan ordusundan qaçır - Sarkisyan təlaşda

"Ermənistanın hərbi büdcəsi və maliyyə vəziyyəti əsasən xarici donorlar xüsusilə erməni lobbisi tərəfindən maliyyələşir. Ermənistan rəhbərliyi orduda xüsusilə cəbhə xəttində canlı qüvvə sayı çox azdır. Bu gün erməni gənclər orduda müqaviləli şərtlərlə xidmətdən yayınırlar. Çünki, müdafiə nazirliyi onların əmək haqqlarını vaxtında vermir, ödənilən əmək haqlarından müəyyən məbləğlər tutulur. Ona görə də erməni hərbi rəhbərliyi xaricdən muzdu döyüşçü gətirməklə bu boşluğu doldurmaq niyyətindədir. Xarici muzdularda öz ölkələrindən acıncaqlı vəziyyətdən xilas olmaq üçün Ermənistanın "şirin" vədlərinə inanaraq, Qarabağa göndərilir. Onların da əmək haqları ödənilməsi vaxtında baş vermir, həmçinin Azərbaycanın düşmənə təzyiqləri nəticəsində Ermənistanı tərk etmək məcburiyyətində qalırlar."

Bu açıqlamanı Miq.Az-a açəqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirdi.

Politoloq qeyd etdi ki,  erməni hərbçilərinə maaşın ödənilməməsi nəticəsində orduda oğurluq halları çoxalıb. Düşmən ordusunda ərzaq və yanacağın satılması adi hala çevrilib. Bu kimi hallar ölkənin müdafiə sistemini bərbad hala gətirib çıxarıb. 
 Ermənistan ordusunda Qarabağlı və Ermənistan əsgərləri arasında da ciddi münaqişə yaşanır. Əsasən Ermənistandan gələn hərbiçilərin rəhbər vəzifələrdə olması, burada "xidmət" keçən "yerli" ermənilərin qısqanclığına səbəb olur. Buna görə də tərəflər arasında silahlı insident halları baş verir.
 
"Ermənistan ordusunda davam edən bu kimi hallar Aprel döyüşlərində özünü biruzə verdi. Erməni hərbiçiləri son anda döyüş mövqeyin tərk edir, tankları hərəkətə gətirmək üçün yanacaq çatışmırdı. Bu Ermənistan hakimiyyəti tərəfindən də etiraf edildi. İndiki müdafiə naziri də hesab edirəm ki, bu nöqsanları aradan qaldırmaq iqtidarında deyil"-deyə politoloq bildirdi.

Sarkisyanın bir-birinə zidd olan son sərsəmləmələri də ümidlərinin dalana dirənməsi nəticəsində səslənir. Görünür, düşmən ölkənin prezidentinin son ümid yeri olan muzdular da aldandıqlarını bilib, Ermənistan ordusunu tərk edir. Necə deyərlər, psixoloji və mənəvi durumu olduqca aşağı olan Ermənistan Ordusu indi çətin durumdadır, həm də çox dərin...
 
Aktual.az
Xəbər 6069 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR