Xaricdən gətirilən telefonlar vergiyə cəlb olunacaq - VİDEO

Xaricdən gətirilən telefonlar vergiyə cəlb olunacaq   - VİDEO

Rüsum ödənilmədən 1.5 milyon mobil telefon gətirilib.

Satış məqsədi ilə gətirilən hər bir məhsul vergiyə cəlb olunmalıdır.

Aktual.az xəbər verir ki, bunu ANS TV-yə açıqlamasında Dövlət Gömrük Xidmətinin rəsmisi Mirqasım Vahabov deyib.

Bu il satış məqsədi ilə gətirilən məhsulların gömrük xidmətinin ciddi nəzarəti altında olacağını bildirən Mirqasim Vahabov bu sahədə aparılacaq islahatlardan danışıb.

Onun sözlərinə görə, bəzi vətəndaşlar xarici ölkələrdən qayıtdıqları zaman, şəxsi istifadədən əlavə birbaşa ticarət üçün 3-4, bəzən də daha artıq miqdarda telefon və aksessuar gətirirlər. Rüsum ödənmədən satış məqsədi ilə gətirilən məhsullar isə yerli qanuni fəaliyyət göstərən ticarətçilərin bazarına müdaxilə edərək ən əsası vergidən yayınmış olurlar.

Qurum rəsmisinin sözlərinə görə, təkcə ötən il 1.5 milyon ədəd mobil telefon və aksessuarları rüsum ödənilmədən ölkə ərazisinə gətirilib. Həmin məhsulların böyük bir hissəsi isə ticarət şəbəkəsinə yönləndirilib.

Xəbər 539 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR