Xanım Qafarovanın ailəsinə ev verilə bilər

Xanım Qafarovanın ailəsinə ev verilə bilər

Əməkdar artist, Musiqili Teatrın mərhum aktrisası Xanım Qafarovaya ölümündən sonra ev verilə bilər.

Bu barədə AzNews.az-a sənətkarın anası Gövhər Qafarova məlumat verib. Onun sözlərinə görə, bu məsələdə Heydər Əliyev Fondunun dəstəyi böyükdür: "Fonddan söz veriblər. İmkan olan kimi verəcəklər. Sağ olsunlar, fondun bu ailəyə dəstəyi böyük olub. Bu gün də Xanımın qızını unutmayıblar."

Gövhər Qafarova millət vəkili Qənirə Paşayeva və müğənni Xatirə İslama təşəkkür edib: "Elə bir bayram yoxdur ki, bu iki şəxs bizə gəlib Xanımın qızını sevindirməsin. Gövhərə paltar, bayram sovqatı, hədiyyələr gətirirlər. Sağ olsunlar."
 
Aktual.az
Xəbər 1022 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR