Xalq şairinin ikinci ayağı da amputasiya edildi

Xalq şairinin ikinci ayağı da amputasiya edildi

“Onu artıq palataya köçürüblər”.

Xalq şairi Söhrab Tahir ikinci dəfə əməliyyat olunub.

Aktual.az APA-ya istinadən xəbər verir ki, Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rzanın verdiyi məlumata görə, xalq şairinin ikinci ayağı da amputasiya edilib.

Onun sözlərinə görə, Söhrab Tahirin ayaqlarında qanqrena getdiyi üçün əməliyyat qaçılmaz olub:

“Həkimlər şairin sol ayağını da amputasiya ediblər. Söhrab Tahiri artıq palataya köçürüblər. Hazırda vəziyyəti qənaətbəxşdir”.

Qeyd edək ki, martın 30-da Söhrab Tahirin sağ ayağı amputasiya edilib.

Xəbər 1089 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR