Xalq artistində daha bir xəstəlik aşkarlanıb

Xalq artistində daha bir xəstəlik aşkarlanıb

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafael Dadaşov bu saatlarda xəstəxanadan evə buraxılıb.

Bakı Sağlamlıq Mərkəzindən AzNews.az-a verilən məlumata görə, aktyor özünü yaxşı hiss edir.

Aktyorun sənət yoldaşları isə Rəfael Dadaşovun kəskin ürək və böyrək ağrılarından əziyyət çəkdiyini bildiriblər:

"Rəfael iki dəfə ürəyindən əməliyyat keçirib. Ürəyi ona imkan vermir. Amma həkimlər bu dəfə ona böyrəyində də problemlərin olduğunu deyiblər. Müayinədən keçməlidir.”

Xalq artisti Rəfael Dadaşovun bir neçə gün bundan əvvəl vəziyyəti pisləşib. Ürək ağrılarından əziyyət çəkən aktyor Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.
 
Aktual.az
Xəbər 931 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR