Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

Azərbaycan Xoreografiyasının korifey sənətkarı, xalq artisti Xumar Zülfüqarova vəfat edib.

Bu barədə Azərbaycan Rəqs Assosiasiyasından məlumat verilib.
Məlumata görə, Z.Zülfüqarova 90 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Xumar Zülfüqarova 1927-ci il noyabr ayının 15-də Bakı şəhərində görkəmli teatr və kino aktyoru Rza Əfqanlının ailəsində anadan olub. O, 1945-cı ildə Bakı Xoreoqrafiya məktəbini bitirib. 1945-1966-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, 1966-1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblının solisti və bədii rəhbəri, Dövlət Rəqs Ansamblının yaradıcılarından biri, 1978-1988-ci illərdə Azərbaycan Dövlət Qastrol və konsert üzrə birliyinin ilk baş baletmeysteri olub. 1950-ci ildə Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyətə başlayan Xumar Zülfüqarova 60 il ərzində bir neçə nəsil rəqqas və xoreoqraf yetişdirib. (report)
 
Aktual.az
Xəbər 800 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR