Xalq artisti bayramda da xəstəxanada qalacaq

Xalq artisti bayramda da xəstəxanada qalacaq

Xalq artisti Muxtar Maniyevin səhhəti ağır-stabil olaraq qalır.

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən məlumat verilib. Bildirilib ki, M.Manıyev bayram günlərində də xəstəxanada olacaq: “Muxtar müəllim hələ ki, reanimasiyadadır. Buradan nə vaxt çıxarılıb palataya köçürüləcəyi məlum deyil. Amma əvvəlki günlərə nisbətən qidalana bilir”.

Qeyd edək ki, martın 15-də M.Maniyevin sağ ayağı diz nahiyyəsindən amputasiya olunub. 2015-ci il avqustun 11-də isə onun sol ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya olunub.

Xəbər 776 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR