Xaçmazda atışma - iki nəfər güllələndi

Xaçmazda atışma - iki nəfər güllələndi

Xaçmazda iki nəfər güllələnib.

Aktual.az  DİN-nə istinadən xəbər verir ki, oktyabrın 3-də Xaçmaz rayonunun Qımılqışlaq kəndində kənd sakini 60 yaşlı Gülbala Məmmədseyidov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi 61 yaşlı Abdulağa Mehrəliyevə xəsarət yetirib, sonra "VAZ-21011” markalı avtomobili ilə özünə məxsus bağ sahəsinə gedib, orada avtomobili yandırıb və tüfəngdən açdığı atəşlə özünə də xəsarət yetirib.
Hər iki yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətləri ağırdır.
Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən "İJ-16” markalı tüfəng götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırma aparılır.
 
Aktual.az
Xəbər 960 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR