Windows 10 yeniləndi

Windows 10 yeniləndi

"Windows 10" sistemi ilə işləyən qurğu sahibləri üçün "Windows 10 Fall Creators Update" adlı böyük yeniləmə əlçatan olub. Bu haqda "Microsoft" şirkətinin bloqunda məlumat dərc edilib.

Xatırladaq ki, "Windows 10" əməliyyat sisteminin yenilənmiş versiyası 3D plitkalardan ibarət "Fluent Design" dizaynı ilə təchiz edilib. Funksional yeniliklərə gəlincə, "Windows 10 Fall Creators Update" yeniləməsi bir qədər əvvəl istifadə edilmiş proqram və işçi sahələrin siyahısını təqdim edən "Task View" tapşırıqlar dispetçerinin işini yaxşılaşdıran "Timeline" funksiyası əldə edib. Öz növbəsində, "Pick Up Where You Left Off" funksiyası mobil qurğuları masaüstü proqramlarla əlaqələndirməyə imkan verir.
Aktual.az  ICTnews-a istinadən bildirir ki, yenilənmiş əməliyyat sistemində, həmçinin "Windows", "iOS" və "Android" üçün "bulud" mübadilə buferi tətbiq edilib. İndi fərdi kompüterdə kopyalanmış məzmunu smartfonda yerləşdirmək olar. "Fall Creators Update" yeniləməsinin daha bir özəlliyi "OneDrive Files On-Demand" funksiyasıdır. İstifadəçilər bu funksiyanın köməyi ilə "OneDrive" "bulud" sistemində fayl və onların parametrlərini onları yükləmədən görə biləcək.

Bundan başqa, yeniləmə nəticəsində "Windows 10" sisteminə əlavə edilmiş "Microsoft Story Remix" proqramı vasitəsilə şəkilləri redaktə etmək və videoçarxlar yaratmaq mümkündür. "Eye Control" funksiyasının köməyi ilə isə məhdud qabiliyyətli insanlar öz baxışları ilə interfeysi idarə edə biləcəklər.
 
Aktual.az
Xəbər 60 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR