WhatsApp saxta proqram yayır

WhatsApp saxta proqram yayır

"Reddit" forumunun istifadəçiləri internetdə "WhatsApp" messencerinin saxta saytına (şhatsapp.com) istinadın yayılması haqda  məlumat veriblər. Sözügedən saxta sayt interfeysin yeni müxtəlif rəngli tərtibatını təklif edir, amma əslində reklam xarakterli proqram təminatı olan sayta yönləndirir.

Aktual.az ICTnews-a istinadən bildirir ki, saxta saytın yaradıcıları "whatsapp.com" saytına maksimum oxşarlıq və istifadəçiləri çaşdırmaq üçün latın hərflərinə oxşar kiril simvollarından istifadə ediblər.

Yeni interfeys tərtibatı əldə etmək üçün istifadəçilərə sosial şəbəkələrdə dostlarla "şhatsapp.com" istinadı ilə bölüşmək təklif edilir. Bundan sonra istifadəçinin bütün kontaktlarına yeni tərtibatı tərifləyən və saxta sayta istinaddan ibarət mesaj göndərilir.

Saxta sayta keçid edən istifadəçi "Chrome Web Store"də "WhatsApp" messencerində yeni tərtibat qurmaq adı altında "BlackWhats" genişlənməsinin səhifəsinə yönləndirilir. Səhifədəki informasiyaya əsasən, sözügedən genişlənməni 16 mindən çox istifadəçi yükləyib. Bu genişlənmənin 5 ballıq qiymətləndirmə sistemi üzrə 4 bal toplamasına baxmayaraq, yalnız üç istifadəçi rəy yazıb. Hazırda "BlackWhats" genişlənməsinin hər hansı zərərverici aktivliyi ilə bağlı məlumat yoxdur. "Google" şirkətinin mütəxəssisləri artıq "Chrome Web Store"dən sözügedən genişlənməni siliblər.
 
Aktual.az
Xəbər 689 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR