“WhatsApp” bu smartfonlarda ömrünü başa vurdu

“WhatsApp” bu smartfonlarda ömrünü başa vurdu

Bu ilin yanvar ayından "WhatsApp” messenceri əməliyyat sistemləri köhnəlmiş bir sıra cib cihazlarında fəaliyyətini dayandıracaq


Lent.az-ın "Rossiyskaya qazeta” nəşrinə istinadən məlumatına görə, söhbət "Windows 8.0” mobil versiyasından, "BlackBerry 10” və "BlackBerry OS” kimi daha köhnə əməliyyat sistemlərindən gedir.
Tərtibatçıların sözlərinə görə, bu söndürülmə mərhələli şəkildə baş tutacaq. Ancaq bununla belə, sonucda "WhatsApp” bütün qeyri-populyar cihazlarda fəaliyyətini dayandıracaq.

Bundan başqa, yeni başlayan ildə populyar messencer "Nokia S40” platformasını da dəstəkləməyi dayandıracaq. 2020-ci ildə isə "WhatsApp” "Android 2.3.7” və daha köhnə versiyalarla idarə olunan smartfonlarda da çalışmayacaq. 
 
Aktual.az
Xəbər 454 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR