“Weibo” istifadəçi sayında “Twitter”i keçdi

“Weibo” istifadəçi sayında “Twitter”i keçdi

Çinin "Weibo” mikrobloqlar xidməti bildirib ki, onun aylıq aktiv istifadəçilərinin auditoriyası 376 milyon nəfərə çatıb.

Aktual.az Lent.az-a istinadən xəbər verir ki,   onun əsas rəqibi ABŞ-ın "Twitter” mikrobloqlar xidmətinin istifadəçilərinin sayından 46 milyon nəfər çoxdur.
"Weibo” nümayəndələri bildiriblər ki, 400 milyon nəfərə yaxınlaşan istifadəçi sayının əminliklə artmasının səbəbi Çinin smartfon istehsalçıları ilə yeni əməkdaşlıqlar qurması, Çin universitetlərinin kampuslarında xidmətin uğurla inkişaf etməsi olub. Həmçinin buna səbəb Çinin və digər regionların aşağı internet sürəti olan bölgələri üçün yüngül "Weibo” versiyasının işə salınmasıdır.
 
Aktual.az
Xəbər 377 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR