Vladimir Putinin Türkiyəyə səfəri başladı

Vladimir Putinin Türkiyəyə səfəri başladı
  • DÜNYA

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə işgüzar səfəri başlayıb. 

Aktual.az-ın xəbərinə görə, bu barədə "Report” TRT-yə istinadən məlumat verir. 
Məlumata əsasən, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında təkbətək görüş keçiriləcək.
Dövlət başçıları İraqda keçirilən "referendumu”, Suriyadakı vəziyyəti, ikitərəfli əməkdaşlığı müzakirə edəcəklər.
Bundan başqa, prezidentlər Rusiyanın "S-400” zenit-raket kompleksini Türkiyəyə tədarük etməsini, "Türk axını” layihəsini, Akkuyu Nüvə Mərkəzinin tikintisi layihəsi ilə bağlı məsələləri də müzakirə edəcəklər.
Görüşdən sonra R.T.Ərdoğan və V.Putin birgə mətbuat konfransı keçirəcəklər.
 
Aktual.az
Xəbər 268 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR