Vladimir Putin Mehriban Əliyevanı təbrik edib

Vladimir Putin Mehriban Əliyevanı təbrik edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Zati-aliləri xanım Mehriban Arif qızı Əliyevaya təbrik məktubu ünvanlayıb.

Aktual.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli Mehriban Arif qızı.

Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm.

Qadınlar bütün dövrlərdə ailə ocağının, ailə dəyərlərinin və ənənələrinin mühafizəçiləri olub, sevgi və sədaqəti, qəlbin hərarətini və ümidləri təcəssüm ediblər.

Sizin həyatınızda işıqlı və sevincli günlərin mümkün qədər çox olmasını, işlərinizin və təşəbbüslərinizin həmişə uğurla nəticələnməsini ürəkdən arzu edirəm.

Sizə möhkəm cansağlığı, uğurlar və firavanlıq diləyirəm".
 

Aktual.az

Xəbər 515 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR