Vladimir Putin: “Donald Trampla görüşməyə hazıram”

Vladimir Putin: “Donald Trampla görüşməyə hazıram”

Rusiya prezidenti Vladimir Putin Finlandiyada keçiriləcək Arktika sammitində ABŞ prezidenti Donald Trampla görüşməyə hazır olduğunu bildirib

Rusiya prezidenti bunu Arxangelsk şəhərində keçirilən Arktika forumunda jurnalistlərin suallarını cavablandırarkən deyib. 

O hesab edir ki, Helsinki görüş üçün uyğun yerdi: "Fikrimcə, Finlandiya uyğun dövlət, Helsinki isə belə tədbirlərin təşkili üçün uyğun yerdir. Ancaq buna hər iki tərəf yaxşı hazırlaşmalıdır. Əgər bu baş versə, biz o tədbirdə iştirakdan şad olarıq və mən də ora məmnuniyyətlə qatılaram. Firkimcə, bu baş tutmazsa "iyirimiliyin” yığıncağında (cari ilin iyulunda Almaniyada keçiriləcək- "Report”) adi görüş çərçivəsində də belə bir görüş baş tuta bilər”. 

Qeyd edək ki, Arktika sammiti bu ilin mayında Finlandiyada keçiriləcək.  //Report

Aktual.az
Xəbər 427 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR