Virtual texnologiyaları bazarında real gəlir - 60 milyard

Virtual texnologiyaları bazarında real gəlir - 60 milyard
  • DÜNYA

ABI Research”in analitikləri yaxın 5 ildə virtual reallıq (virtual reality, VR) texnologiyaların geniş tətbiqini proqnozlaşdırırlar. Mütəxəssislərin qiymətləndirməsinə görə, 2022-ci ildə virtual reallıq texnologiyaları istifadəçilərinin sayı 256 milyon insan təşkil edəcək. Sözügedən bazarda 60 milyarddan çox dollar səviyyəsində gəlir gözlənilir.
 
Aktual.az ICTnews
-a istinadən xəbər verir ki, gəlirin çox hissəsi istehlakçılar tərəfindən yaradılacaq, amma mütəxəssislərin proqnozuna görə virtual reallıq texnologiyaları, həmçinin kommersiya və korporativ seqmentlərdə çox sürətli yayılacaq. Təxmin edilir ki, 2022-ci ildə virtual reallıq sahəsində ümumi dövriyyənin 40%-dən çoxu bu seqmentlərin payına düşəcək. 2015-ci ildə bu göstərici 26% təşkil etmişdi.
 
"Məzmunun əlçatanlığı virtual reallıq sənayesi üçün problemli məsələ olaraq qalır, amma son illərdə bu istiqamətdə, xüsusilə Asiya-Sakit okean regionu və Çində irəliləyiş qeydə alınıb. Sonrakı layihələr və yeni virtual reallıq qurğularının çıxarılması sözügedən texnologiyadan istifadə sahələrini genişləndirərək virtual reallıq qurğularını təhsil, dizayner işi, layihələşdirmə və sairə kimi sahələrdə alətlərə çevirəcək" –  "ABI Research”-in analitiki Maykl İnue deyib.
 
Mütəxəssis virtual reallıq texnologiyalarına böyük maraq göstərən sahələrə pərakəndə ticarəti, səhiyyə, avtomobil sənayesi, təhsil sahəsi, daşınmaz əmlak, arxitektura, mühəndislik və inşaat işini misal göstərib.
 
Aktual.az
Xəbər 460 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR