“Vikiliks”: “İran Sudana nüvə qurğuları verib”

“Vikiliks”:  “İran Sudana nüvə qurğuları verib”

“2012-ci ildə İran Sudana nüvə qurğuları verib”.

Bu barədə məlumat “Vikiliks” portalının yayımladığı məxfi sənədlərdə yer alıb.

Portal bu dəfə Səudiyyə Ərəbistanı diplomatlarının gizli teleqramlarını yayımlayıb: 

“Səfirlik əməkdaşları xəbər verirlər ki, bu həftə İrandan Xartum aeroportuna gizli texniki aparatların olduğu konteynerlər gətirilib. Bunlar uranın zənginləşdirilməsində istifadə oluna bilər. İkinci partiya aparatlar bu həftə Sudana gətiriləcək”.

Qeyd edək ki, indiyə qədər nə İran, nə də ki Səudiyyə Ərəbistanı rəsmiləri “Vikiliks”in məlumatlarına açıqlama verməkdən imtina edirlər.

Aktual.az

 
Xəbər 618 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR