Vergilər Nazirliyindən dollar açıqlaması

Vergilər Nazirliyindən dollar açıqlaması

"İqtisadi böhran baş verdiyi üçün ümumilikdə valyuta daxilolmalarında azalma var. Milli valyutanın devalvasiyası ilə bağlı valyuta daxilolmalarında manat ifadəsində artım var”.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, bu sözləri Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi Natiq Şirinov deyib.

"Amma ümumilikdə valyutada vergi daxilolmalarında azalma qeydə alınıb. Manatın devalvasiyası zəncirvarı bir prosesdir, devalvasiya iqtisadiyyatda inflyasiya yaradır.

İqtisadiyyat Nazirliyi tərəfindən növbəti il üçün təxminən 7,3% civarında inflyasiya gözlənilir. Növbəti il üçün hesablamalarda 1 dolların məzənnəsi 1,75 manatla götürülüb.

Proqnoz müəyyən edilərkən inflyasiyanın vergi daxilolmalarına təsiri nəzərə alınıb. Valyutanın  kursunun dəyişməsi inflyasiyanın ümumi dəyişməsi fonunda onun elementi olaraq nəzərə alınır”.
 
Aktual.az 
Xəbər 407 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR