Venesuela prezidenti postunu tərk edib

Venesuela prezidenti postunu tərk edib
  • DÜNYA

Venesuela parlamenti prezident Nikolas Maduronu səlahiyyətlərini icra etmədiyinə görə postunu tərk etdiyini bildirib.

Aktual.az  APA-ya istinadən verdiyi xəbərə görə, qərarın  lehinə 106 deputat səs verib.

Hökumət yönlü deputatlar səsvermədən əvvəl zalı tərk ediblər.

"El Nacional” qəzetinin məlumatına görə, parlamentarilər ölkə Konstitusiyasının 233-cü maddəsinə uyğun olaraq hərəkət ediblər. Maddəyə əsasən, prezident səlahiyyətlərini icra etmədiyi təqdirdə yeni seçkilərin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, qəbul edilən qərar faktiki olaraq hüquqi gücə malik deyil. Venesuela qanunvericiliyində prezidentin parlament tərəfindən impiçment edilməsi nəzərdə tutulmayıb.

Ötən ilin oktyabrında beynəlxalq vasitəçilərin iştirakı ilə Venesuela hökuməti və müxalifətin çoxluq təşkil etdiyi parlamenti arasında danışıqlar başlayıb. Noyabrın 11-12-də keçirilən danışıqlarda bir sıra razılıq əldə olunsa da, müxalifət dekabrın 6-a nəzərdə tutulan görüşdən imtina edib.
 
Aktual.az
Xəbər 460 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR