Vəkillər Kollegiyasının yeni ünvanı

Vəkillər Kollegiyasının yeni ünvanı

Vəkillər Kollegiyasının Rəyasət Heyəti 19 fevral 2018-ci il tarixdən etibarən fəaliyyətini yeni – Ceyhun Hacıbəyli küçəsi 100 ünvanında (Respublika Hərbi Prokurorluğunun yanı) davam etdirəcək.

Kollegiyadan Aktual.az-a verilən məlumata görə, yeni inzibati bina öncəkindən fərqli olaraq, müasir standartlara cavab verməklə yanaşı, Rəyasət Heyətinin, Vəkillərin İntizam və İxtisas Komissiyalarının fəaliyyətinin yüksək səviyyədə təşkil olunması üçün zəruri şəraitə malikdir.
Bundan əlavə, yeni binada gələcəkdə vəkillərin qruplar şəklində müxtəlif tədris tədbirlərinə cəlb olunmaları üçün lazımi şərait yaradılıb.

Xəbər 2452 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR