Vaşinqton rəsmən xəbərdarlıq etdi

Vaşinqton rəsmən xəbərdarlıq etdi
  • DÜNYA

ABŞ Dövlət Departamenti Paris İqlim Razılaşmasından çıxmaq barədə Birləşmiş Millətlər Təşkilatını (BMT) rəsmən xəbərdarlıq edib.

Publika.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, proses üç il davam edəcək.
Amerika xarici siyasət idarəsindən bildiriblər ki, biznes, işçilər və vergiödəyiciləri üçün daha əlverişli şərtlərlə razılaşmaya yenidən qoşula bilər.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp ilk dəfə bu ilin iyun ayında ölkənin razılaşmadan çıxışını elan edib. Amerika lideri vurğulayıb ki, Birləşmiş Ştatların sonrakı hərəkətləri "ədalətli saziş”in bağlanıb-bağlanmamasından asılı olacaq.
Onun sözlərinə görə, Paris razılaşması başqa ölkələrə xeyir verərək Vaşinqtonu əlverişsiz vəziyyətə salır. Tramp qeyd edib ki, ABŞ sazişin iştirakçısı olaraq qalarsa, 2025-ci ilə qədər təxminən 2,7 milyon iş yeri itirə bilər.
Qeyd edək ki, İqlim üzrə Paris razılaşması 2015-ci ilin dekabrında 194 ölkə tərəfindən imzalanmış birinci qlobal iqlim müqaviləsidir. Razılaşmanın iştirakçıları iqlim dəyişikliklərinə uyğunlaşma üzrə tədbir görməyi öhdəsinə götürürlər. ABŞ sənaye tullantılarının həcminə görə dünya lideri hesab edilir. Atmosferə buraxılan zərərli maddələrin 14 faizi ABŞ-ın payına düşür.
 
Aktual.az
Xəbər 264 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR