Vaqif Əsədov villasından danışdı: “5 yerdə evim, Moskvada bazarım var, gedin çəkin!”

Vaqif Əsədov villasından danışdı: “5 yerdə evim, Moskvada bazarım var, gedin çəkin!”

"Bir vətəndaş olaraq mənim haradasa yaşamağa haqqım yoxdur? Əvvala insan olan kəs kiminsə var-dövlətini saymamalıdır.”

Bunu AzNews.az-a açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov mətbuatda yayımlanan villasının fotolarına münasibət bildirərkən deyib. O, bundan əlavə şəhərin müxtəlif yerlərində evinin olduğunu dilə gətirib:

"Mərdakan, Binə, Sumqayıt, Qaradağda evim, hətta Moskvanın Kirov vilayətində bazarım var, gedin çəkin. Bundan əlavə, ayrıca da bir təsərrüfatmız mövcuddur. Mən vacib fiqur deyiləm və yazılanlar mənim üçün maraqlı da deyil. Hesab edirəm ki, yaxın dostlarım, fəaliyyətimə qiymət verənlər məni gündəmdə saxlamaq üçün bu informasiyanı yayıblar. Bilmirəm, məndən nə istəyirlər? Mən bu işi Allahın öhdəsinə buraxmışam. Allah hər kəsin ürəyincə versin. Heç bir şeydən narazı, o cümlədən naharat da deyiləm. Yaxışıq deyil ki, əllərindən gəlsin. Mərdimazar elə onsuz da mərdimazardır. Amma mənim mərdimazar dostum, tanışım yoxdur. Bu gün qazandığım bütün naliyyətlərə görə yuxarıda Allaha, yerdə rəhbərliyimə və kütləvi informasiya nümayəndələrinə borcluyam.”

Vaqif Əsədov bu hörməti dişi və dırnağı ilə qazandığını vurulayıb: "İndi yenədə qələm sizin əlinizdədir, nə istəyirsiniz, yazın. Jurnalistlər üçün tikilən binada olan mənzilə haqqım var, ya yox, bunu gələcək göstərəcək. Niyə mənə demirsiniz ki, iki gün əvvəl sizə mükafat verilib. O nə mükafatıdır? Burada kərəmi ağlamaq tutur. Vaqif nə boyda fiqurdur ki, onun atdığı addımları izləyirlər. Dostlarım var, paxıllığımı çəkənlər də yoxdur. Dostlar zəng edib ki, "Vaqif, villanın şəklini çəkiblər”. Deyirəm filan yeri niyə çəkməyiblər, yerini göstərin onu da çəksinlər.”

Vaqif Əsədov kütləvi informasiya vasitələri ilə 15 ildir işlədiyini bildirib: "Birincisi, evlər evi olanlara deyil, qisməti olanlara verilir. İkincisi, orada tələblər var. Üçüncüsü, belə bir yazı yaymaqla nə demək istəyirlər? Mənim evimin olmasının məsələyə nə aidiyyatı? Bilmirəm, bu nə təxribatdır?”.

Jurnalistlər üçün inşa edilən binadan ev almaq istədiyi deyilən Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovun Bakı şəhəri, "NZS” qəsəbəsindəki dəbdəbəli villasının görüntüləri üzə çıxıb. "Ölkə-az”-ın məlumatına görə, sözügedən 3 mərtəbəli bahalı villa paytaxtın Babək prospektinin üzərində yerləşir. Villanın qiymətinin milyon manatdan çox olduğu deyilir.

Aktual.az
Xəbər 508 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR