“Valyuta bazarında sabitlik qorunacaq” - Elman Rüstəmov

“Valyuta bazarında sabitlik qorunacaq” - Elman Rüstəmov

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il də konservativ monetar siyasət yürüdəcək.
 
"Report"un verdiyi xəbərə görə, bunu AMB sədri Elman Rüstəmov bildirib: "Məzənnənin sabitliyi 2018-ci ildə diqqət mərkəzində olacaq, valyuta bazarında sabitlik qorunacaq".
E.Rüstəmov qeyd edib ki, cari ildə tədiyyə balansında profisit bərpa olunub - 1,1 mlrd. dollarlıq profisit əldə olunub.
"Tədiyyə balansında yaxşılaşma yalnız neftin qiyməti ilə bağlı deyil. İdxalın azalması, qeyri-neft ixracının 35% artması da tədiyyə balansına təsir edən amillərdəndir. Xidmət balansında da müsbət meyillər var. Cari ildə strateji ehtiyatlar 12%, AMB ehtiyatları 31% artıb. Ölkənin valyuta ehtiyatlarına qənaət edilib. Ölkəyə idxal azaldılıb, strateji valyuta ehtiyatlarına təzyiq azalıb. Maktoiqsadi sabitliyin ilkin əsasları yaranıb", - deyə AMB sədri əlavə edib.
Baş bankir bildirib ki, hazırda bank aktivlərinin 20%-dən çoxunu likvid aktivlər təşkil edir: "Kredit portfelində aktivlik müşahidə olunmur". Onun sözlərinə görə, AMB-nin sterilizasiya alətlərinə ehtiyac çoxdur.
E.Rüstəmov bildirib ki, inflyasiyanı əsasən qeyri-monetar amillər şərtləndirir: "Son bir ayda dünya bazarında ərzaq məhsullarının qiymət artımı ölkədə də inflyasiyanın aşağı düşməsinə mane olub".

Aktual.az





Xəbər 30 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR