Uzunömürlülüyün ən sadə yolu — Həkimlərdən AÇIQLAMA

Uzunömürlülüyün ən sadə yolu — Həkimlərdən AÇIQLAMA


Kanadanın Makmaster universitetinin alimləri geniş miqyaslı araşdırma aparıblar.

"Ölkə.Az" xəbər verir ki, nəticələrə əsasən, həftədə 5 gün 30 dəqiqə fiziki aktivlik ömrü uzadır.
Tədqiqatda 17 ölkədən 130 min insan iştirak edib. Onların həftə ərzində neçə saat fiziki hərəkətlə məşğul olduğu müəyyənləşdirilib. Alimlər 7 il ərzində onların sağlamlıq vəziyyətini müşahidə ediblər. Məlum olub ki, həftə ərzində 150 dəqiqə sürətli yürüşə vaxt ayıranlarda ürək-damar sistemi xəstəlikləri və vaxtından əvvəl ölüm riski 28 faiz azalıb.
Bununla yanaşı qeyd edilir ki, qaçmaq və idmanın digər növləri ilə məşğul olmaq məcburiyyəti yoxdur. Ev işləri və işə piyada getmək də kifayət edir.
Ümumdünya səhiyyə təşkilatı 18-64 yaş arası insanlara həftədə ən azı 150 dəqiqə fiziki hərəkətlə məşğul olmağı tövsiyyə edir.

Aktual.az



Xəbər 177 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR